Su yumşaldıcılardan su sərtliyini azaltmaq üçün istifadə olunur. Dəmirin sudan təmizlənməsi  ilə yanaşı suyun ilkin sərtliyini azaltmaq ehtiyacı, fərdi ev təsərrüfatlarında suyun təmizlənməsinin ən çox yayılmış formasıdır. Şirkətimiz suyun yumşaldılması üçün geniş sistem və filtrlər təklif edir.

Yumşaldıcı filtrlər suda olan sərt duzları (kalsium və maqnezium ionları) natrium ionları ilə əvəz edən, ion dəyişdirici dənəvər yüklü bir təbəqədən keçirir. Bu günki gündə bu, bir şəhər kənarı ev üçün ən populyar su yumşaltma metodu sayılır. Vaxt keçdikcə qətran (filtr yükü) kalsium və maqnezium ionları ilə doyur və filtrasiya qabiliyyəti aşağı düşür. Filtr tablet formasında olan NaCl duzu ilə yuyulması zamanı bərpa olunur. Buna görə duz çəninə vaxtında duz əlavə etməyi unutmamaq çox vacibdir.