KEYFİYYƏT STANDARTI:

İSO 9001-2015
UKRBIOTAL şirkəti beynəlxalq keyfiyyət idarəetmə standartlarına cavab verir.

BİOTAL sistəmləri 2000-ci ildən etibarən istehsal olunur. Şirkət dünyada çirkab sularının təmizlənməsi sahəsində kifayət qədər nüfuza malikdir. Sistemdən kanalizasiya sularının təmizlənməsində, eləcədə hər hansı atıq və çirkli suların təmizlənməsində istifadə edilir. Şirkətin əsas iş prinsipi sifarişçilərə kanalizasiya sisteminin qurulması, işə salınaraq təhvil-təslim edilməsi və istismar müddətində servis xidməti göstərməsindən ibarətdir.

İŞ PRİNSİPİ :
SBR-1 də təmizləmədən keçmiş çirkab suları SBR-2 kamerasına dolur. Buraya həmçinin reversiv sovurma
nəticəsində SBR-3 –ü saponatların neqativ təsirindən kənarlaşdıran köpük də axıb dolur. SBR-də olduğu
kimi SBR-2 də də lilli qarışıq təkrar olaraq dəfələrlə aerasiya və qarışma prosesinə məruz qalır.
Qismən təmizlənmiş çirkab suları reversiv sovurma nəticəsində SBR-2 dən SBR-3 ə axır və SBR-1 və 2-yə
geri axınlar yaratmaq üçün kütlə toplayırlar. SBR-3 də çətin oksidləşən orqanikanın oksidləşməsi və
nitritləşməsi baş verir. Bu mərhələdə lil qarışığı aerasiyaya məruz qaldıqdan sonra çökür. Təmizlənmiş atıq sularının SBR-dən çıxarılmasından əvvəl aktiv lilin artıq hissəsinin aerob stabilizatora (8) doldurulması həyata keçirilir. Stabilizatordan su qurutma blokuna lil isə SBR-2 yə ötürülür. SBR-3 dəki çökmə prosesindən və aktiv lilin artıq hissəsinin çıxarılmasından sonra təmizlənmiş sular SBR-3-dən bioloji filtrə ötürülür və çirkli suların təmizlənməsi baş verir. Hava sovurması vasitəsi ilə SBR-3-dən sovrulan təmizlənmiş çirkab suları bioloji filtrin (6) aşağı hissəsinə verilir və filtrin içindəki artıq təmizləmiş suyu aşağıdan yuxarı istiqamətdə hərəkət etdirir. Filterin içərisində quraşdırılmış plastikb təbəqələr bu zaman bütün kiçik hissəcikləri yüksək səmərəliliklə tutur. Sistemdən çirkab suların, kanalizasiya sularının və atıq suların təmizənməsində istifadə olunur. Tam təmizlənmiş sular axaraq sistemdən kənarlaşdırılır.

⦁ 1) Qəbul etmə toru
⦁ 2) Generator
⦁ 3) Hava sovurqacı
⦁ 4) Revers hava sovurqacı
⦁ 5) Sifon _pli hava sovurqacı
⦁ 6) 3-cü dərəcəli çökdürmə bölməsi
⦁ 7) Lil torbaları
⦁ 8) İfrat lilin aerob stabilizatoru
⦁ 9) Sirkulasiya tipli bioloji filtr

Elektrik verilişində kəsilmələr olduqda belə yüksək təmizləmə səmərəliliyi nümayiş etdirir. Sistemə daxil olan çirkab sularının və ya atıq suların həcmi azaldıqda sistem 1-ci (1 saatdan sonra), 2-ci (24 saatdan sonra), 3-cü (168 saatdan sonra), qənaət rejiminə keçir və bu zaman 70%-ə qədər elektrik enerjisinə qənaət edilir. Elektrik avadanlıqlarının ömrü uzanır və uzun müddət çirkab suları (kanalizasiya suları) sistemə daxil olmadıqda iş rejimi pozulmur. Qənaət rejimindən əlavə olaraq qəflətən böyük həcmdə çirkab sularının axını olduğu zaman sistem sürətləndirilmiş iş rejiminə keçir və bu zaman günlük normanın 25%-ə qədər həcmində çalışa bilir.

Çirkab suların təmizlənməsi prosesinin idarə edilməsi tam avtomatlaşdırılmışdır və servis personalının olmasına
ehtiyac duymur. Sistemin bütün elementləri asanlıqla sökülür və bu iş rejimini pozmadan servis qulluğu aparmağa imkan verir.
Avadanlıq sıradan çıxdıqda və ya hansısa səbəbə görə kameralar tutulduqda avadanlıq qəza siqnalı verir.
Təmizləmə prosesinin nəticəsi olaraq texniki su, qatı lil alınır. Bu məhsullar suvarma və gübrə kimi tam təhlükəsiz olaraq istifadə edilə bilər.

Müasir texnologiyaların və keyfiyyətli istehsalçıların avadanlıqlarının istifadəsinin nəticisi olaraq biotal etibarlı və qənaətlə çalışır. Elektrik hissələri MOELLER Almaniya, kompressor ELMO RİETSCHLE almaniya, NİTTO SECOH Yaponiya, elektromaqnit siyirtmələr ASCO Hollandiya və s.