Filtomat sistemləri.
Bu sistemlər mikroliflərin istifadəsi üzərində qurulmuşdur. Avtomatik özünü təmizləyən filtrlərdə unikal təmizləyici material istifadə edilir. Bu material nazik liflərdən hazırlanmışdır və nahamar
səthli kaset üzərinə sarılmışdır. Su qeyd edilən nazik liflərdən keçərkən onun tərkibindəki hissəciklər çoxtəbəqəli təmizləmə təsirinə məruz qalır və təmizlənmiş su avadanlığın daxili borularına axaraq dolur. Hissəciklərin həcmi kifayət qədər toplandıqdan sonra yaranan təzyiq fərqi nəticəsində və ya təyin edilmiş müddət keçdikdən sonra idarəetmə bloku avadanlığın özünüyuma rejimini işə salır.