Çirkab sularının təmizlənməsinə təmizləmə üzrə kompleks tədbirlər aiddir. Belə təmizləmədən sonra alınan təmizlənmiş çirkab suları su hovuzlarına zərarsiz surətdə atıla bilər. Məişət çirkab sularının təmizlənməsi xüsusi təmizləmə qurğularında həyata keçirilir. Təmizləmə prosesi 4 mərhələyə bölünür:
⦁ Mexaniki təmizləmə
⦁ Bioloji təmizləmə
⦁ Fiziki və kimyəvi təmizləmə
⦁ Çirkab sularının təmizlənməsi
Çirkab sularının təmizlənməsi zamanı suyun strukturu dəyişməməlidir, suyun bioloji aktivliyi pozulmamalıdır və təmizləmədən sonra alınan suyun vəziyyəti təbii halına maksimal olaraq yaxın olmalıdır. Belə olduğu halda çox dəyərli olan içməli su hövuzlsrının çirklənməsi problemi aradan qalxmış olur.