Aeroiod

 

Təsvir:

Dəniz havası generatoru “Aeroyod” –yodla çatışmayan havanı zənginləşdirmək üçün cihazdır.

“Aeroyod” generatorunda kalium yodid duzlarının buxarlanması və onların istilik kondensasiyası vasitəsilə KJ buxarları əmələ gəlir. Qızdırılma zamanı atmosfer havasında davamlı olaraq  aerozollar əmələ gəlir, onlar asılı vəziyyətdə olan hissəciklər şəklində otaqda asanlıqla yayılırlar.

Tənəffüs prosesi zamanı orqanizmə daxil olan hissəciklər ağ ciyər və bronxlara nüfuz edir və mədədən kənar şəkildə birbaşa olaraq qana daxil olurlar.

Aşırı dərəcədə doyma baş vermir: orqanizm özü buna nəzarət edir, tələb olunandan çox mənimsənilmir, artıq olan böyrəklər vasitəsilə xaric olunur

 

Məlumat:

Elmi tədqiqat mərkəzlərinin göstəricilərinə görə, Azərbaycan sakininin faktiki orta yod qəbulu 40 – 80 mkg/gün təşkil edir, bu da gündəlik tələbatdan 2 – 3 dəfə azdır və əhalinin 20% -ndə yod çatışmazlığı səbəbiylə qalxanabənzər vəzin böyuməsi müşahidə olunur.

 

Xəstəliklər:

Hal-hazırki zamanda, həyatın müxtəlif dövrlərində yod çatışmazlığı səbəbindən bir sıra xəstəliklər məlumdur:

 

Bütün yaş dövrlərində

– Zob,

– Klinik və ya subklinik hipotireoz

 

Döldə və yeni doğulmuş uşaqlarda

– Yüksək perinatal ölüm,

– İnkişafın anadangəlmə qusurları,

– Anadangəlmə hipotireoz,

– Kretinizm

 

Uşaqlar və yeniyetmələrdə

– Zehni və fiziki inkişafı

– İş qabiliyyətinin aşaği düşməsi və zəif qavrama

– Yüksək xəstəlik göstəriciləri və xroniki xəstəliklərə meyllilik

– Cinsi inkişafın pozulması

 

Yetkin insanlarda və yaşlılarda

– Fiziki və intellektual iş qabiliyyətinin aşağı düşməsi

– Aterosklerozun sürətlənməsi

 

Uşaq doğuş yaşında olan qadınlarda

– Sonsuzluq və hamiləliyin daşına bilinməməsi;

– Anemiya

 

Aeroyod cihazından istifadə edərək, tibbi standartlara uyğun gündəlik yod qəbulunu təmin etmək mümkündür (insanın yaşından asılı olaraq gündə 50 ilə 200 mkq arasında) və beləliklə yod çatışmazlığı problemini həll etmək mümkündür.

 

Müalicə üsulları:

Yod çatışmazlığını aradan qaldırmaq üçün təklif olunan üsullar ya dərman qəbul etməyə, ya da yodun qidaya əlavə edilməsinə əsaslanır. Yəni hər iki halda yod bədənə mədə vasitəsilə daxil olur.

Bu yol az effektlidir, çünki bu halda qəbul olunan yodun 5 – 8% -ni mənimsənilir. Demək, ehtiyac olan miqdarın mənimsənilməsi üçün həblər qəbul etmək və ya tərkibində yod olan qidalar yemək lazımdır.Həmçinin, həblər qida allergiyasına səbəb ola bilər, dad zövqləri, təklif olunan qidaya qarşı çıxa bilər. Bundan əlavə, nişastalı, duzlu və ədviyyatlı qidalar tərkibində yod olan həblərin mənimsənilməsinə mane olur, yodlaşdırılmış duz qızdırıldıqda parçalanır, buna görə yalnız hazir yeməklərə belə duz əlavə etmək üçün istifadə edilə bilər və dəniz məhsullar yodlaşdırılmış duzla duzlana bilməz, çünki yod atomları daha aktiv xlor atomları ilə sıxışdırılır.

Yuxarıda göstərilən amillər göstərir ki, yod duzlarının buxarları ilə doymuş hava vasitəsilə bədənin yodla təmin edilməsi metodu ən perspektivlidir.

 

Texniki xüsusiyyətlər:

– Ümumi ölçülər (UxExH): 120x130x350 mm;

– Enerji istehlakı: 85 Vt;

– Səs səviyyəsi: 0 dB (A);

– Çəki: 4 kq;

– Məhsuldarlıq: 1 mkq / s;

– Rejimə çıxma vaxtı: 50-60 dəq.;

– Dəyişən elementlərin xidmət müddəti: Yerləşdirilən 1 kapsul 7 ay – 1 il müddətinə kifayət edir.

 

İş sxemi:

  1. Cihazin gövdəsi
  2. Yerləşdırılmış kalium yodlu kapsulu 72 C temperatura qədər qızdıran soba
  3. Havalandırıcı (istehsalçının seçimi ilə)
  4. İdarəetmə bloku
  5. Kalium yod duzları olan kapsul
  6. Paslanmayan poladdan hazırlanmiş dəlikləri olan qapaq
  7. Qapağı cihazın gövdəsinə bağlamaq üçün vint